…Onilliklər ərzində fransız əsilli Jak Levol Mərakeşin Xenifra şəhərində yaşayırdı.
Qüsursuz nüfuza malik bir insan olaraq, o, pulsuz fransız dili dərsləri təklif edir və məktəblilər üçün asudə vaxt fəaliyyətləri təşkil edirdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AP yazır. Müəllim Lassirinin işçi məhəlləsində kiçik bir uşaq kitabxanası da açıb.
Levol, ərəb və bərbər dillərində səlis danışırdı.
İndi 79 yaşlı “müəllim” 89 oğlana təcavüz etmək ittihamı ilə həbs olunub.
Levol cinayətlərini 50 il ərzində bir neçə ölkədə törədib.
Cinsi cinayətlərlə yanaşı, o, anasını və xalasını öldürməkdə də ittiham olunur.
Levolun cinsi cinayətlərinin çoxu yaşadığı Şimali Afrika ölkələrində törədilib.
Amma, maraqlıdır ki, o, fədakar müəllim və hörmətli bir şəxs kimi nüfuz qazanıb.
Deyilənlərə görə, ona qarşı istintaqın başladılmasını qohumlarından biri onun gündəliyini tapıb.
Gündəlik hüquq-mühafizə orqanlarına təhvil verdikdən sonra başlayıb.
Levol həbs olunana qədər yaşadığı Mərakeşdə o, 10 oğlana qarşı cinsi istismar edib.
Qrenobl prokuroru Etyen Mantonun sözlərinə görə, 1960-cı və 1970-ci illərdə səkkiz il xarici dil müəllimi işlədiyi Əlcəzairdə ən azı iki uşaq onun qurbanı olub.
Jak Levol şübhələrdən yayınmaq üçün özünü maskalamaqda mahir idi.
AP müxbiri pedofilin Mərakeşdəki qonşuları və Əlcəzairdəki keçmiş tələbələri ilə danışıb. Onların hamısı şübhəlini uşaqlarla vaxt keçirməkdən zövq alan şəfqətli bir insan kimi təsvir ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB