Zelenski və Fiko Ujqorodda görüş keçirib...

İclasda Ukrayna və Slovakiya hökumətlərinin əsas üzvləri iştirak ediblər...

Slovakiyanın baş naziri Robert Fiko sentyabrın 5-də Ujqorodda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Slovakiyanın “Dennik N” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Slovakiyanın Ujqoroddakı nümayəndə heyətinə baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, xarici və Avropa işləri naziri Yuray Blanar da daxildir.

Ukrayna prezidentini baş nazir Yuliya Svırıdenko müşayiət edir.

Media nümayəndələri artıq Zelenski ilə Fico arasında görüş yerinin yaxınlığında toplaşıb və mətbuat konfransını gözləyirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə