Zelenski və Fiko Ujqorodda görüş keçirib...

5 Sentyabr 2025 18:23 (UTC+04:00)

Slovakiyanın baş naziri Robert Fiko sentyabrın 5-də Ujqorodda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Slovakiyanın “Dennik N” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Slovakiyanın Ujqoroddakı nümayəndə heyətinə baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, xarici və Avropa işləri naziri Yuray Blanar da daxildir.

Ukrayna prezidentini baş nazir Yuliya Svırıdenko müşayiət edir.

Media nümayəndələri artıq Zelenski ilə Fico arasında görüş yerinin yaxınlığında toplaşıb və mətbuat konfransını gözləyirlər.

Əli Babayev