NATO-nun baş katibi Mark Rutte ABC News jurnalistləri ilə söhbətində deyib ki, Ukrayna hökuməti ölkənin gələcəyini müstəqil şəkildə müəyyənləşdirməli, iqtisadi və hərbi bloklara qoşulma məsələlərini həll etməlidir.
SİA xəbər verir ki, dünən Nyu York Tayms qəzetinin yazdığına görə, Avropa ölkələri narahatdırlar ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada görüş zamanı avropalı tərəfdaşlarla məsləhətləşmədən müstəqil şəkildə Ukrayna ilə bağlı razılığa gələcəklər.
...Bizə Ukrayna danışıqlar masası arxasında lazımdır. Bu, ərazilərə aid olacaq. Bu, həm də təhlükəsizlik təminatlarına aid olacaq. Qətiyyən etiraf etmək lazımdır ki, Ukrayna öz gələcəyini, geosiyasi gələcəyini müəyyənləşdirməlidir və silahlı qüvvələrinin sayına məhdudiyyət qoymamalıdır, - Rutte qeyd edib.
Baş katib həmçinin qeyd edib ki, Şərqi Avropada, o cümlədən Latviya, Estoniya və Finlandiyada alyans qoşunlarının mövcudluğuna “heç bir məhdudiyyət” qoyulmamalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə