İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib

İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, episentri Kirman vilayətinin Zehkelut şəhəri olan zəlzələ yerli vaxtla səhər saat 8:36-da qeydə alınıb.

Zəlzələ 28 kilometr dərinlikdə baş verib və hələ ki, tələfat barədə məlumat yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə