İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, episentri Kirman vilayətinin Zehkelut şəhəri olan zəlzələ yerli vaxtla səhər saat 8:36-da qeydə alınıb.
Zəlzələ 28 kilometr dərinlikdə baş verib və hələ ki, tələfat barədə məlumat yoxdur.