Kurskun kəndində işləyən kombayn minaya düşüb

Kursk vilayətinin Bolşesoldatski rayonunun Borşçen kəndində minanın partlaması nəticəsində işləyən kombaynın sürücüsü başından qəlpə yarası alıb.

SİA xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn öz Telegram kanalında məlumat verib. ...Bu gün Bolşesoldatski rayonunun Borşen kəndində işləyən kombayn mina tərəfindən partladılıb. 36 yaşlı sürücü başından qəlpə yarası alıb. O, xəstəxanaya çatdırılıb. Tez sağalmasını arzulayıram!

Qubernator yazıb bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə