Almaniya kansleri Fridrix Merzin kabineti hərbi planlaşdırma və satınalmaların sürətləndirilməsinə yönəlmiş qanun layihəsini təsdiqləyib.
SİA-nın məlumata görə, Bloomberg xəbər verir ki, bu, hakim koalisiyanın Bundesveri sürətlə Avropanın ən güclü ordusuna çevirmək səylərinin bir hissəsidir.
Müdafiə naziri Boris Pistorius “bu qanun layihəsi ilə daha da sürətlə hərəkət etməyimizə mane olan bir çox məhdudiyyətləri aradan qaldırırıq”.- deyib.
Qanun layihəsi nə təklif edir?
Təklif olunan qanun layihəsinə əsasən, müdafiə müqavilələri üzrə tenderin keçirilməsi üçün məcburi tələblər yumşaldılacaq və ya xüsusilə təcili hallarda tamamilə ləğv ediləcək.
Böyük müqavilələrin daha kiçik tenderlərə bölünməsinə ehtiyac qalmayacaq.
Buraya həmçinin hava hücumundan müdafiə radar sistemləri və hərbi aerodromlarla bağlı planlaşdırma qanununa dəyişikliklər daxildir.
Ekoloji standartlar da yumşaldılacaq - məsələn, hərbi kazarmalar tikilərkən…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə