Hindistanda Boeing 787 qəzasında bir nəfər sağ qalıb...

...Hindistan polisi Air India şirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan sərnişini tapıb.

SİA-nın məlumatına görə, bu barədə ANI agentliyi polis komissarına istinadən xəbər verir.

Xatırladaq ki, qəza cümə axşamı, iyunun 12-də Əhmədabad şəhərinin hava limanı yaxınlığında baş verib.

Boeing 787-8-in göyərtəsində 242 nəfər - 230 sərnişin və 12 ekipaj üzvü olub.

Əhmədabad polis komissarı Qyanendra Sinqh Malik deyib ki, polis 11A ünvanında bir sağ qalanı tapıb. Sağ qalanlardan biri xəstəxanada tapılıb və müalicə olunur.

...Jurnalistlər aydınlaşdırıblar ki, 11A nömrəli oturacaq təyyarənin salonun birinci yarısında, pəncərənin kənarında yerləşir.

Komissarın sözlərinə görə, dağıntılar arasında təyyarə qəzasından sağ çıxa bilmiş digər şəxslər də ola bilər. Ümumilikdə qəza yerində 200-dən çox insanın cəsədi tapılıb. Yerdə, təyyarə qəzası nəticəsində ən azı 5 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə