ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparmaq üçün iyunun 9-da Londonda görüşəcəklər.
SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir iştirak edəcək.
Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə