ABŞ və Çin nümayəndələri Londonda görüşəcəklər...

6 İyun 2025 22:42 (UTC+04:00)

ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparmaq üçün iyunun 9-da Londonda görüşəcəklər.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir iştirak edəcək.

Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.