Hindistan Ordusu "Sindoor əməliyyatı"na başladığını elan edib.
SİA-nın məlumatına görə, Reuters agentliyinin jurnalisti İdris Əli bildirib ki, Hindistan hakimiyyəti Pakistandakı "terrorçu" infrastruktura hücuma keçdiklərini açıqlayıb.
Hindistan səlahiyyətliləri "Sindoor əməliyyatı" çərçivəsində doqquz yerə hücum etdiklərini bildiriblər.
“Ədalət zəfər çaldı. “Jai Hind!” – bu, Hindistan ordusunun mətbuat xidmətinin öz X səhifəsində dərc etdiyi yazıdır. Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkədəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə