Hindistan Pakistana hücum edib..?

7 May 2025 00:00 (UTC+04:00)

SİA-nın məlumatına görə, Reuters agentliyinin jurnalisti İdris Əli bildirib ki, Hindistan hakimiyyəti Pakistandakı "terrorçu" infrastruktura hücuma keçdiklərini açıqlayıb.

Hindistan səlahiyyətliləri "Sindoor əməliyyatı" çərçivəsində doqquz yerə hücum etdiklərini bildiriblər.

“Ədalət zəfər çaldı. “Jai Hind!” – bu, Hindistan ordusunun mətbuat xidmətinin öz X səhifəsində dərc etdiyi yazıdır. Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkədəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib.

Əli Babayev