Xüsusi hərbi əməliyyatlar zamanı istifadə olunan “Qeran-2” kamikadze pilotsuz uçan aparatları ilk dəfə mayın 9-da keçiriləcək Qələbə Paradında nümayiş etdiriləcək.
SİA-nın məlumatına görə, Hərbi Xəbərçi Telegram kanalı xəbər verir ki, pilotsuz təyyarələr paradın məşqi zamanı görüntülənib.
Kanal arxada iki “Qeran” olan dörd oxlu KamAZ-6350 yük maşınının əks olunduğu fotoşəkilə diqqət çəkib.
Pilotsuz təyyarələr qara rəngə boyanmışdır ki, bu da gecə saatlarında pilotsuz təyyarələrin görünməsini azaldır.
Delta qanadlı təyyarə quyruqsuz dizayndan istifadə edilməklə hazırlanır.
Pilotsuz təyyarə itələyici pervaneli daxiliyanma mühərriki ilə təchiz edilib. 200 kiloqramlıq cihazın təxminən 50 kiloqram ağırlığında döyüş başlığı daşıdığı güman edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə