İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Deyr əl-Bələh bölgəsində radikal HƏMAS hərəkatının snayper bölməsinin komandir müavinini məhv edib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir. “İsrail ordusu Deyr əl-Bələh bölgəsində HƏMAS-ın snayper bölməsinin komandirinin müavini olan terrorçu Übeydə Naim əl-Hadhud Musanı məhv edib. Terrorçu öz avtomobilində öldürülüb”, - deyə bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə