HƏMAS-ın önəmli ismi öldürüldü

14 Aprel 2025 04:41 (UTC+04:00)

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Deyr əl-Bələh bölgəsində radikal HƏMAS hərəkatının snayper bölməsinin komandir müavinini məhv edib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir. “İsrail ordusu Deyr əl-Bələh bölgəsində HƏMAS-ın snayper bölməsinin komandirinin müavini olan terrorçu Übeydə Naim əl-Hadhud Musanı məhv edib. Terrorçu öz avtomobilində öldürülüb”, - deyə bildirilib.