Yaponiyada Ayçi prefekturasında “Toyota” avtomobil şirkəti üçün komponentlər istehsal edən zavodda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası (NHK) məlumat yayıb.
Hadisə nəticəsində azı 3 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
İlkin məlumatlara görə, sənaye tipli toztoplayıcılardan biri partlayıb. Hadisə yerində xilasetmə xidmətləri işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə