Yaponiyada “Toyota” zavodunda partlayış olub - yaralananlar var

6 Mart 2025 07:39 (UTC+04:00)

Yaponiyada Ayçi prefekturasında “Toyota” avtomobil şirkəti üçün komponentlər istehsal edən zavodda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası (NHK) məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

İlkin məlumatlara görə, sənaye tipli toztoplayıcılardan biri partlayıb. Hadisə yerində xilasetmə xidmətləri işləyir.