Ukrayna prezidenti X-də ona dəstək olan hər kəsə təşəkkür edib.
Cümə günü, fevralın 28-də Ağ Evdə baş verən qalmaqaldan sonra Ukrayna prezidenti Vladimir Zelenski sosial mediada Kiyevin 38 Qərb müttəfiqinə təşəkkür edərək, hər bir paylaşımanı ayrıca “Dəstəyinizə görə təşəkkür edirəm” sözləri ilə cavab verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna lideri öz səhifəsində Almaniya kansleri Olaf Şolz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makronun bəyanatlarını yerləşdirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə