Zelenski 30-dan çox müttəfiqinə təşəkkür edib

1 Mart 2025 17:53 (UTC+04:00)

Cümə günü, fevralın 28-də Ağ Evdə baş verən qalmaqaldan sonra Ukrayna prezidenti Vladimir Zelenski sosial mediada Kiyevin 38 Qərb müttəfiqinə təşəkkür edərək, hər bir paylaşımanı ayrıca “Dəstəyinizə görə təşəkkür edirəm” sözləri ilə cavab verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna lideri öz səhifəsində Almaniya kansleri Olaf Şolz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makronun bəyanatlarını yerləşdirib.

Əli Babayev