Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, b barədə Sudanın “Alrakoba” qəzeti hərbi mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində olan ekipaj üzvləri və bir neçə zabit sağ qalmayıb. "Al Arabiya" isə yazıb ki, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Təyyarə Sudan ordusuna məxsus olub və paytaxt Xartumdakı Vadi Seyidna aviabazasından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə