...Bir qrup Avropa ölkəsi sakitcə Ukraynaya sülhməramlı qoşun göndərmək planını hazırlayır. Amma belə görünür ki, Avropa ABŞ-ın təhlükəsizlik prioritetlərinin başqa yerlərdə olmasından narahatdır.
SİA-nın məlumatına görə, bu barədə Associated Press yazıb. Nəşr, Britaniya və Fransanın mümkün sülhməramlı missiya üçün səylərinin önündə olduğunu bildirir.
Məsələ bundadır ki, Avropa ölkələri hansı qüvvələrə ehtiyac ola biləcəyini öyrənməyə başlayıblar. Lakin ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Avropa İttifaqı olmadan da razılığa gələ biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.
…Associated Press xəbər verir ki, 2024-cü ilin dekabrında Trampın andiçmə mərasimindən əvvəl bir qrup lider və nazir NATO-nun baş katibi Mark Ruttenin Brüsseldəki qərargahında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Görüşdə Böyük Britaniya, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya və Polşadan olan nümayəndələr, eləcə də Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri də olub. Danışıqlar Fransa prezidenti Emmanuel Makronun 2024-cü ilin əvvəlində irəli sürdüyü ideya əsasında aparılıb. Ancaq sonra tənqidlərə səbəb olub.
Nəşr əlavə edir ki, sülhməramlı qüvvələrin necə olacağı sülh müqaviləsinin şərtlərindən və digər amillərdən asılı olacaq. Bu arada Estoniyanın müdafiə naziri Hanno Pevklur Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “biz çox erkən mərhələdəyik”- deyib.
Onun sözlərinə görə, müxtəlif müzakirələrə və şayiələrə baxmayaraq, Avropalı müttəfiqlər üçün plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin necə görünəcəyini anlamaları “kritik əhəmiyyətə malikdir”.
Estoniyalı nazir vurğulayıb ki, əgər Rusiya və Ukrayna cəbhə xəttində öz qüvvələrini hər iki tərəfdən “bir-iki min nəfərə” ixtisar etsələr, o zaman Avropanın da orada olması problem olmayacaq, lakin münaqişə “qaynanarsa” daha çətin olacaq.
Ekspertlər və rəsmilər hesab edirlər ki, Ukraynadakı mövcud vəziyyəti nəzərə alaraq, BMT-nin “mavi dəbilqəli”ləri kimi sadə sülhməramlılardan daha güclü və çoxsaylı kontingenti yerləşdirmək lazım gələcək.
…Ruslar bütün razılaşmaları pozurlar. "Beləliklə, biz ora qoşun göndərsək, onların hava gücü olmalıdır, onların böyük quru qoşunları, pilotsuz təyyarələr, əks-dronlar, hava hücumundan müdafiəsi, raketdən müdafiə sistemi olmalıdır…
Bunu isə ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Xodjes deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə