Almaniya Ukraynaya daha iki "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi ABŞ-la əldə olunan razılaşmaya uyğun olaraq yaxın günlərdə Ukraynaya əlavə “Patriot” buraxılış sistemlərinin gətiriləcəyini açıqlayıb.
Nazirlik əlavə edib ki, əlavə komponentlər yaxın iki-üç ay ərzində göndəriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə