Avstraliyada uzunluğu təqribən 40 santimetr, çəkisi 44 qram olan "Acrophylla alta" adlı yeni çubuqlu həşərat növü tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "ABC News" yeni bir çubuq böcək növünün kəşf edildiyini bildirib.
Müvafiq olaraq, Kvinslendin şimal hissələrində təxminən 40 santimetr uzunluğunda və 44 qram ağırlığında "Acrophylla alta" adlı yeni bir çubuqlu həşərat növü tapılıb. Növü kəşf edənlərdən biri olan Angus Emmott, sosial mediada paylaşılan bir fotoşəkil əsasında növün axtarışına başladıqlarını bildirib. Emmott, yumurtalarını araşdırdıqdan sonra növün yeni olduğuna əmin olduqlarını diqqətə çatdıraraq yumurtaların fərqli xüsusiyyətlərə malik olduğunu qeyd edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə