Kanadada hava limanı yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb

Kanadanın paytaxtı Ottavada hava limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğradığı bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "CBC News" xəbər verir ki, qəza yerli vaxtla saat 18:00 radələrində baş verib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib, lakin təyyarədə olanların sayı və ya xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Ottava polisi bildirib ki, hava limanı yaxınlığında baş verən qəzaya görə bir neçə yol bağlanıb. Yerli sakin tərəfindən paylaşılan fotoda təyyarənin ağaclara ilişdiyi görünür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə