ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib. “Bəli, o, İsrailə, sonra Rusiyaya gedəcək”, - Amerika lideri deyib. Ziyarət ABŞ-nin Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir.

Qeyd edək ki, Uitkoff sonuncu dəfə aprel ayında Moskvada olub.

Bütün xəbərlər Facebook səhifəmizdə