Marko Rubio USAID-in administratoru vəzifəsini icra etdiyini açıqlayıb

“Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru vəzifəsini icra edirəm”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda USAID-in mənzil-qərargahı bağlıdır, işçilərə elektron poçt vasitələri ilə evdə qalmalarına dair tapşırıq gəlib.

Qeyd edək ki, USAID Donald Tramp və İlon Maskın federal hökumətdə islahatlar aparmaq səyləri fonunda bağlanmaqla üz-üzə qalıb. Tramp və onun müttəfiqləri Konqres tərəfindən müstəqil bir qurum kimi yaradılan agentliyin açıq şəkildə təktərəfli olduğunu bildirib. Demokratlar Partiyası bu iddianı rədd edir və Trampın agentliyi ləğv etmək səlahiyyətinə malik olmadığını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə