İtaliyada 79-cu ildə vulkan püskürməsi nəticəsində məhv olmuş Pompey şəhərinin qalıqları arasında qədim hamam aşkar edilib. SİA xəbər verir ki, arxeoloqların üzə çıxardığı hamam isti, ilıq və soyuq (calidarium, tepidarium, frigidarium) su hovuzları olan otaqlardan ibarətdir. Bu otaqların hər biri eyni anda 30 nəfərin istirahət etməsinə və əylənməsinə imkan verib.
Arxeoloq qrupunun rəhbərinin məlumatına görə, hamam Pompeyin varlı sakinlərindən birinə məxsus olub.
Qazıntı zamanı bir gənc oğlanın və ovcunda qızıl sikkələr tutan qadının da skeletləri aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə