2024-cü ilin noyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 9,5 faiz artaraq 925 milyon 223 min dollar olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumata görə, 2024-cü ilin noyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq 472 milyon 667 min dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə