...Çin lideri Si Sinping yerli hakimiyyət orqanlarına ölkə daxilində artan kütləvi qətllərin təkrarlanmaması üçün bütün tədbirləri görməyi əmr edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” yazıb.
Yerli hakimiyyət orqanları təcavüzün bütün mümkün səbəblərini – “evlilik problemlərindən tutmuş mirasla bağlı fikir ayrılıqlarına qədər” öyrənməli olacaqlar.
Agentlik aydınlaşdırıb ki, sürücülərin küçələrdə piyadaları vurması və bıçaqla hücumuna məruz qalması Çin üçün yeni deyil, amma son artım diqqəti cəlb etməkdədir.
...Məsələn, noyabr ayında üç belə cinayət baş verib.
Belə ki, Xunan əyalətindəki ibtidai məktəbdə bir kişi investisiya itkisinə məruz qalaraq 30 nəfəri yaralayıb.
...İsin şəhərindəki peşə məktəbində imtahandan kəsilən şagird 8 nəfəri bıçaqlayaraq öldürüb.
...Və ölkənin cənubundakı Çjuvay şəhərində bir adam avtomobili izdihamın üzərinə sürərək 35 nəfəri öldürüb. İddialara görə, o, boşanmasından əsəbiləşibmiş.
Agentliyin məlumatına görə, bu hücumlar Çində “cəmiyyətdə törədilən cinayətlərə görə qisas” adlanır və onlar hakimiyyət orqanlarının ölkədə sosial və siyasi sahələrə nəzarəti gücləndirməsi səbəbindən baş verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB