2024-cü ildə Nigeriyada Lassa qızdırmasına yoluxan 1150-dən çox insanın 190-nı vəfat edib. SİA xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş direktoru Jide İdris məlumat verib.
Onun sözlərinə görə, ölkədə Lassa qızdırması ilə mübarizə aparmaq üçün təcili əməliyyat mərkəzi yaradılıb:
“İlin əvvəlindən bu xəstəlik 190 nəfərin həyatına son qoyub, yoluxanların sayı 1154 nəfərə çatıb”.
Ümumdünya Səhiyyə Təşkilatı Lassa qızdırmasının epidemik potensialı və sübut olunmuş peyvəndin olmaması səbəbindən prioritet təhlükə kimi müəyyən edib.
Bütün xəbərlər Facebook səhifəmizdə