Keçmiş diktatorun harada olduğu hələlik məlum deyil.
Təsdiqlənmiş məlumata görə, Suriya diktatoru Bəşər Əsədin olduğu təyyarə qəflətən hündürlüyünü itirməyə başlayıb və sonra radarlardan itib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə TSN məlumat yayıb.
FlightRadar-ın məlumatına görə, göyərtəsində Əsədin olduğu iddia edilən SYR9218 nömrəli İl-76T təyyarəsi Əl-Suvayri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin daha əvvəl radardan itdiyi ehtimal edilən qəza yerində partlayış olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə