Suriyadan qaçan Əsədi aparan təyyarə qəzaya uğrayıb..?

8 Dekabr 2024 12:59 (UTC+04:00)

Təsdiqlənmiş məlumata görə, Suriya diktatoru Bəşər Əsədin olduğu təyyarə qəflətən hündürlüyünü itirməyə başlayıb və sonra radarlardan itib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə TSN məlumat yayıb.

FlightRadar-ın məlumatına görə, göyərtəsində Əsədin olduğu iddia edilən SYR9218 nömrəli İl-76T təyyarəsi Əl-Suvayri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin daha əvvəl radardan itdiyi ehtimal edilən qəza yerində partlayış olub.

Əli Babayev