Ruslar ingilis muzdlusu tutduqlarını deyirlər...

Kursk bölgəsində ingilis muzdlusu rus hərbçiləri tərəfindən əsir götürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, videoda hərbi geyimli şəxs özünü Ceyms Skott Rhys Andersen adlandırır, 2002-ci il təvəllüdlü olduğunu deyir və Ukrayna ordusunun tərəfində döyüşlərdə iştirak etdiyini etiraf edir.

O, həmçinin deyir ki, 2019-2023-cü illərdə Britaniya Ordusunda xidmət edib, ehtiyatda olandan sonra Ukrayna Xarici Legionuna qoşularaq ruslara qarşı döyüşə gedib.

Andersenin sözlərinə görə, o, əvvəlcə Londondan Polşanın Krakov şəhərinə uçub, oradan isə Medıka kəndi vasitəsilə Ukraynaya gəlib.

Britaniyalı etiraf edir ki, Ukrayna ordusuna döyüşçü kimi qoşulmaq...guya “pis fikirdir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə