ABŞ Suriyada İranın dəstəklədiyi qruplaşmalara hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar öz şəxsi heyətinə edilən hücumlara cavab olaraq Suriyada İranın dəstəklədiyi qruplara bağlı 9 hədəfə hücum etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının rəsmi internet saytından verilən açıqlamada ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində Suriyada Amerika personalına qarşı hücumlara cavab verdiyi bildirilib.
Açıqlamada Suriyada İranın dəstəklədiyi qruplaşmalara bağlı 2 bölgədə 9 hədəfə hücum edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə