ABŞ Suriyada İranın dəstəklədiyi qruplaşmalara hücum edib

12 Noyabr 2024 11:58 (UTC+04:00)

ABŞ Suriyada İranın dəstəklədiyi qruplaşmalara hücum edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar öz şəxsi heyətinə edilən hücumlara cavab olaraq Suriyada İranın dəstəklədiyi qruplara bağlı 9 hədəfə hücum etdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının rəsmi internet saytından verilən açıqlamada ABŞ-ın İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində Suriyada Amerika personalına qarşı hücumlara cavab verdiyi bildirilib.

Açıqlamada Suriyada İranın dəstəklədiyi qruplaşmalara bağlı 2 bölgədə 9 hədəfə hücum edildiyi bildirilib.