Ursula fon der Leyen bunu Trampla görüşdə təklif edəcək

Avropa Komissiyasının rəhbəri Trampla Rusiyadan gələn qazı əvəz etmək üçün ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarükünü müzakirə etmək istəyir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiya xammalının tədarükünü əvəz etmək üçün ABŞ-dan mayeləşdirilmiş təbii qazın alışının artırılmasını müzakirə etmək istəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini rus saytları sitat gətirir.

...Biz hələ də Rusiyadan mayeləşdirilmiş təbii qaz alırıq, niyə onu ABŞ-ın mayeləşdirilmiş təbii qazı ilə əvəz etməyək.

Ursula fon der Leyen deyib bunu.

Onun sözlərinə görə, Amerika mayeləşdirilmiş təbii qazının alınması guya (bu artıq ruslara görə- A.B.) daha ucuzdur və Avropa İttifaqında enerji qiymətlərini aşağı sala bilər.

Yeri gəlmişkən, bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Avropa İttifaqının planlarına zidd olaraq, assosiasiya ölkələrinin 2027-ci ilə qədər Rusiya qazından imtina edə bilməsi ehtimalı azdır.

Agentliyin fikrincə, Rusiya yanacağına tələbatın azalması “regionda istehsal fəallığına xələl gətirir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə