Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiya xammalının tədarükünü əvəz etmək üçün ABŞ-dan mayeləşdirilmiş təbii qazın alışının artırılmasını müzakirə etmək istəyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini rus saytları sitat gətirir.
...Biz hələ də Rusiyadan mayeləşdirilmiş təbii qaz alırıq, niyə onu ABŞ-ın mayeləşdirilmiş təbii qazı ilə əvəz etməyək.
Ursula fon der Leyen deyib bunu.
Onun sözlərinə görə, Amerika mayeləşdirilmiş təbii qazının alınması guya (bu artıq ruslara görə- A.B.) daha ucuzdur və Avropa İttifaqında enerji qiymətlərini aşağı sala bilər.
Yeri gəlmişkən, bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Avropa İttifaqının planlarına zidd olaraq, assosiasiya ölkələrinin 2027-ci ilə qədər Rusiya qazından imtina edə bilməsi ehtimalı azdır.
Agentliyin fikrincə, Rusiya yanacağına tələbatın azalması “regionda istehsal fəallığına xələl gətirir”.
Əli Babayev