ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərəcək

ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərəcək. SİA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqə destroyer, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib. Bildirilib ki, məqsəd Yaxın Şərqdəki ABŞ vətəndaşlarını qorumaq və İsrailin müdafiə qabilliyyətini artırmaqdır.

“Diplomatiya yolu ilə gərginliyi azaltmaq üzrə öhdəliklərimizə uyğun olaraq, müdafiə naziri əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş destroyerlərin, qırıcı və tanker təyyarələrinin eskadrilyasının, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinin yerləşdirilməsi üçün göstəriş verilib”, - deyə Patrik Rayder bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə