Türkiyənin göstəriciləri yenə müsbət olaraq qaldı

O, sosial media hesabından etdiyi paylaşımda turizm göstəricilərini dəyərləndirdi

Türkiyənin Ticarət naziri Ömər Bolat üç aydır müsbət olan cari əməliyyatlar balansının sentyabr ayında da müsbət qalacağı ümidində olduqlarını bildirdi.

SİA-nın əldə etdiyi məlumata görə, o, sosial media hesabından etdiyi paylaşımda sentyabr ayı xarici ticarət və iyul-sentyabr dövrü turizm göstəricilərini dəyərləndirdi. Bolat 2024-cü ilin ilk 9 ayında ixrac rəqəmlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191,8 milyard dollara çatdığını ifadə etdi. Eyni zamanda, sentyabr ayı etibarilə 1 ilə yayılmış ixracın da keçən ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq 260,5 milyard dollara çatdığına diqqət çəkdi.

Ömər Bolat bu ilin 9 ayında turizm gəlirlərinin də 46,9 milyard dollarla rekord səviyyəyə yüksəldiyini vurğuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə