Türkiyənin Ticarət naziri Ömər Bolat üç aydır müsbət olan cari əməliyyatlar balansının sentyabr ayında da müsbət qalacağı ümidində olduqlarını bildirdi.
SİA-nın əldə etdiyi məlumata görə, o, sosial media hesabından etdiyi paylaşımda sentyabr ayı xarici ticarət və iyul-sentyabr dövrü turizm göstəricilərini dəyərləndirdi. Bolat 2024-cü ilin ilk 9 ayında ixrac rəqəmlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191,8 milyard dollara çatdığını ifadə etdi. Eyni zamanda, sentyabr ayı etibarilə 1 ilə yayılmış ixracın da keçən ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq 260,5 milyard dollara çatdığına diqqət çəkdi.
Ömər Bolat bu ilin 9 ayında turizm gəlirlərinin də 46,9 milyard dollarla rekord səviyyəyə yüksəldiyini vurğuladı.