ABŞ İranın 1 oktyabr raket hücumuna cavab olaraq İrandakı neft obyektlərinə mümkün zərbə ilə bağlı İsraillə danışıqlar aparır.
SİA-nın əldə etdiyi məlumata görə, CNN xəbər verir ki, bu barədə çərşənbə günü, oktyabrın 3-də mətbuat konfransı zamanı ABŞ prezidenti Cozef Bayden bildirib.
…Biz bunu müzakirə edirik, amma bu gün heç nə olmayacaq. Bu söhbəti daha sonra davam etdirəcəyik - deyə Bayden İsrailin İranın neft obyektlərinə zərbə endirməsinə dəstək olub-olmadığını soruşduqda deyib.
Bundan əlavə, o, ABŞ-ın İrana qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalar barədə məlumatı açıqlamaqdan imtina edib.
...Mən sizinlə danışmazdan əvvəl onlara xəbər verəcəyəm. Bunu da Bayden bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB