ABŞ İsraillə İranın neft obyektlərinə hücumları müzakirə edir

3 Oktyabr 2024 20:53 (UTC+04:00)

ABŞ İranın 1 oktyabr raket hücumuna cavab olaraq İrandakı neft obyektlərinə mümkün zərbə ilə bağlı İsraillə danışıqlar aparır.

SİA-nın əldə etdiyi məlumata görə, CNN xəbər verir ki, bu barədə çərşənbə günü, oktyabrın 3-də mətbuat konfransı zamanı ABŞ prezidenti Cozef Bayden bildirib.

…Biz bunu müzakirə edirik, amma bu gün heç nə olmayacaq. Bu söhbəti daha sonra davam etdirəcəyik - deyə Bayden İsrailin İranın neft obyektlərinə zərbə endirməsinə dəstək olub-olmadığını soruşduqda deyib.

Bundan əlavə, o, ABŞ-ın İrana qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalar barədə məlumatı açıqlamaqdan imtina edib.

...Mən sizinlə danışmazdan əvvəl onlara xəbər verəcəyəm. Bunu da Bayden bildirib.

Əli Babayev