Toqquşmadan sonra avtobus yanıb...

Kubanda avtobus və yük maşınının toqquşması nəticəsində 25 nəfər xəsarət alıb

…Kubanda baş verən yol qəzası zamanı 25 nəfər xəsarət alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sərnişin avtobusu yük maşını ilə toqquşub və yanğın başlayıb.

Qəza Starokorsunskaya kəndi yaxınlığında baş verib. Bələdiyyənin idarəetmə mərkəzinin məlumatına görə, avtobusda həndbol komandasının azarkeşləri olub.

Onların sayı 49 nəfər olub.

Toqquşmadan sonra avtobus alovlanıb və demək olar ki, tamamilə yanıb.

Qurbanların əksəriyyəti yanıq xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə