Toqquşmadan sonra avtobus yanıb...

30 Sentyabr 2024 01:07 (UTC+04:00)

…Kubanda baş verən yol qəzası zamanı 25 nəfər xəsarət alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sərnişin avtobusu yük maşını ilə toqquşub və yanğın başlayıb.

Qəza Starokorsunskaya kəndi yaxınlığında baş verib. Bələdiyyənin idarəetmə mərkəzinin məlumatına görə, avtobusda həndbol komandasının azarkeşləri olub.

Onların sayı 49 nəfər olub.

Toqquşmadan sonra avtobus alovlanıb və demək olar ki, tamamilə yanıb.

Qurbanların əksəriyyəti yanıq xəsarətləri alıb.