Hakan Fidan ikitərəfli görüşlər keçirir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində Misirin xarici işlər naziri Bədr Abdelatti və Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-da səfərdə olan Hakan Fidan ikitərəfli görüşlərini davam etdirir.

Nazir Hakan Fidan Türk Evində Misirin xarici işlər, miqrasiya və xaricdəki misirlilər naziri Bədr Abdelatti ilə təkbətək görüş keçirib.

Görüşdə Türkiyə ilə Misir arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları və ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib, regional gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi vurğulanıb.

Hakan Fidan ikitərəfli təmasları çərçivəsində Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp ilə də görüşüb.

Nazir Veldkamp ​​sosial media hesabında görüşlə bağlı etdiyi paylaşımda bu ifadələrə yer verib: "Türkiyəli həmkarım Hakan Fidan tərəfindən səmimi qarşılandım. Türkiyə Hollandiya ilə yanaşı, Avropa İttifaqının da mühüm tərəfdaşıdır. Ticarət və təhlükəsizlik də daxil olmaqla bir çox sahədə əməkdaşlığımızı davam etdirəcəyik''.

Bütün xəbərlər Facebook səhifəmizdə