“Boris” qasırğası Polşanı ələ keçirib

Polşanın cənubunu vuran və daşqınlara səbəb olan “Boris” qasırğası səbəbindən ölkədə təbii fəlakət vəziyyəti elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Polşa "Boris" qasırğası ilə mübarizə aparır. Baş nazir Donald Tusk təbii fəlakətlərin mümkün nəticələrinin qarşısını almaq və təbii fəlakətlərin törətdiyi dağıntı və zərərləri tənzimləmək üçün təbii fəlakət vəziyyəti elan etdiyini açıqlayıb. Tusk həmçinin qasırğanın vurduğu ziyanın aradan qaldırılması üçün Avropa İttifaqından (AB) maliyyə yardımı istəyəcəklərini bildirib.

Dünəndən etibarən Polşanın cənubunda yağan aramsız yağışlar nəticəsində çoxlu çaylar daşıb, onlarla yaşayış məntəqəsi su altında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə