Putin dünyada həqiqi söz azadlığının qorunmasına çağırıb..?

Dünyada çoxqütblülüyün formalaşdığı çətin dövrdə söz azadlığının qorunması və informasiyanın etibarlılığı uğrunda mübarizə xüsusi əhəmiyyət kəsb etmişdir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın 120 illiyi münasibətilə keçirilən qala gecəsinin qonaqlarına videomüraciətində deyib.

Dövlət başçısı vurğulayıb ki, əsl söz azadlığı müxtəlif fikirləri əks etdirir və dünya problemlərinin həllində kompromislər və ümumi yanaşmalar axtarmağa imkan verir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın RT telekanalına və digər Rusiya KİV-lərinə qarşı hərəkətlərini cinayət adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə