İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyi 7-9 sentyabr tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında 19 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Nazirlikdən verilən açıqlamada deyilir:"2024-cü il 7, 8 və 9 sentyabr tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Qarada 10, Hakurkda 6 və Qəndildə 3 olmaqla ümumilikdə 19 terrorçu zərərsizləşdirilib. Terrorun mənbəyində məhv edilməsi üçün həyata keçirilən əməliyyatlar qətiyyətlə davam edir.''
Bütün xəbərlər Facebook səhifəmizdə