İngiltərədə körpələrin kütləvi məzarlığı tapılıb

Məzarlıq Böyük Mançesterdə aşkar edilib. Ümumi məzarda 300-dən çox cəsədin qalıqları olub, onların əksəriyyəti yeni doğulmuş körpələrə aiddir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 1980-ci illərə qədər ölü doğulmuş körpələrin dəfni ilə onların valideynləri deyil, xəstəxanalar məşğul olurdu.

“The Times” belə körpələrin tez-tez ümumi məzarda basdırıldığını və belə dəfnlərin əvvəllər Lankaşir, Devon qraflıqlarında, həmçinin Midlsbro və Haddersfild şəhərlərində aşkar edildiyini bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə